Gəncə Regional Ədliyyə Şöbəsinin və Şöbənin yurisdiksiyasına daxil olan rayonların icra qurumlarının əməkdaşları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə qanvermə aksiyası keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Mərkəzi Qan Bankının Regional Bölməsində baş tutan aksiyada 9 nəfər iştirak edib. Ümumilikdə 3 litr qan toplanıb.
Qeyd edək ki, aksiyanın məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkənlərə kömək etmək olub.
.jpg)
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB