“Heydər Əliyev və Müasir Gənclik” FOTO

“Heydər Əliyev və Müasir Gənclik” FOTO

Gəncədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı "Heydər Əliyev və Müasir Gənclik" mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransa Gəncənin gənc alimləri ilə yanaşı, AMEA-nın elm adamları da qatılıblar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə şəhər rəhbərliyi və bir sıra rəsmilər də iştirak ediblər. Bildirilib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycan Respublikasında gənc alim nəslinin yetişməsində Ümummilli liderin misilsiz xidmətləri olub.

Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında Heydər Əliyevin müstəsna əməyi var. Bu elm ocağı, məhz Ulu öndərin imzaladığı sərəncamla Milli Elmlər Akademiyası statusunu qazanıb. Elmli gənclərə daim yüksək qiymət verən Heydər Əliyev yeni araşdırmaların ərsəyə gəlməsində, eləcə də praktikada tətbiqində birbaşa maraqlı olub. Bu gün bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümumilikdə konfransda 10-dan artıq mühazirə dinlənilib, Ulu öndərin elm sahəsinə verdiyi töhfələr AMEA-nın və Gəncə Regional Elmi Mərkəzin gənc alimləri tərəfindən "H.Əliyev və Azərbaycan elmi", "H.Əliyev və Azərbaycan dili", "H.Əliyev və qloballaşan azərbaycan gəncliyi" kimi mövzularda ətraflı müzakirə olunub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə