“Gənclər tarixlə görüşür”

“Gənclər tarixlə görüşür”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər tarixlə görüşür" layihəsinin icrasına başlanılıb.

SİA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, son vaxtlar Azərbaycan tarixində böyük xidmətləri olmuş şəxsiyyətlərin əleyhinə çıxışlar yer alır. xalq qəhrəmanlarına, görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkirlərinə qarşı tənqidi fikirlər səsləndirilir. Halbuki, böyük obrazlara, böyük insanlara toxunmaq olmaz. Onlar xalqın ürəyində yuva salmış, şəxsiyyətlər, qəhrəmanlardır. Heç kəsə ixtiyar verilmir ki, xalqın seçdiyi insanlar haqqında istədiyini danışsın.

Tədbirdə o diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi gənclərimizə Azərbaycan tarixini, onun təbliğini geniş şəkildə öyrətməkdir. Eyni zamanda Azərbaycan tarixində xüsusi xidmətləri olmuş şəxsiyyətlər haqqında gəncləri ətraflı məlumatlandırmaqdır. Öz tarixini yaxşı bilən gənc isə Azərbaycan tarixinin beynəlxalq aləmdə təbliğatına yardımçı ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə