"İrəli" İctimai Birliyinin gəncləri Avropa komissiyasının icra etdiyi "Erasmus +" Gənclər mübadiləsi çərçivəsində Norveçin Alta şəhərində keçirilən "Filling the Gaps"Training and networking seminarında Azərbaycanı uğurla təmsil edirlər. SİA-nın məlumatına görə, layihənin təşkilatçıları Leppeganespalte foreningen (Norveç) və Natur Kultur (Almaniya) təşkilatlarıdır. Layihədə Azərbaycanla yanaşı Türkiyə, Misir, Makedoniya, Almaniya, Ukrayna, Birləşmiş Kırallıq, İspaniya, Norveç iştirak edir.
Layihənin əsas məqsədi təşkilatların beynelxalq bilik təcrübəsini artırmaq, təşiklatlar arası Erasmus+ proqramını daha da aktivləşdirmək, proqram və partnyor ölkələr arasında körpü və uzun müddətli əməkdaşlığın qurulmasıdır. Layihə müddətində iştirakçılara Erasmus+ beynəlxalq təcrübə haqqında ətraflı məlumat verilib və praktiki bacarıqları artırılıb. Həmçinin layihə müddətində "İrəli" İctimai Birliyini nümayəndələri Almaniyanın Natur Kultur təşkilatı ilə uzun müddətli memorandum imzalayıb. Memoranduma əsasən, iki təşkilat arasında gənclər mübadiləsi həyata keçirəcək, təcrübə proqramları reallaşdıracaq və layihələr keçirəcək. Qeyd edək ki, "İrəli" İB bir çox digər təşkilatlarla da əməkdaşlıqlar qurub. Belə ki, Türkiyədə keçiriləcək Erasmus+ layihəsində "İrəli" İctimai Birliyi təşkilatı komitədədir.
Qeyd edək ki, layihədə "İrəli" İctimai Birliyindən Bəyimxanım Məmmədova, Aydan Qasımova, AİESEC-dən Məryəm Məcidova və Skaut təmsilçisi Hacı Məmmədov təmsil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB