Mayın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB