Anar Qədirli başqa vəzifəyə gedir

Anar Qədirli başqa vəzifəyə gedir

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Anar Qədirli işdən çıxma səbəblərini açıqlayıb. SİA-nın xəbərinə görə, A. Qədirli tutduğu vəzifədən öz xahişi ilə azad edilib.

Onun işdən azad edilməsinə səbəb başqa vəzifəyə keçirilməsidir: "Mən başqa vəzifəyə keçirilməyimlə əlaqədar vəzifəmdən azad olunmaq üçün ərizə yazmışam. Bir müddət öncə başqa bir vəzifə ilə bağlı təklif aldım. Həmin təklifi dəyərləndirdim. Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacağam. Son 9 il ərzində belə bir məsuliyyətli işi icra etmək, sizlər kimi dostlar qazanmaq mənim ən böyük uğurlarımdan biridir. Bu illər bir çox layihələri üzrə sizinlə bərabər çalışmışıq, təbii ki, nailiyyətimiz də olub, çətinliklərimiz də. Tutduğum vəzifədə istər işgüzar, istərsə də şəxsi problemlərlə müraciət edən mətbuat nümayəndələrinin - mənim yaxın dostlarımın hər səpkidə olan müraciətlərinə diqqətlə yanaşmağa çalışmışam, kimisinin müraciəti müsbət həll olunub, kimdə isə bütün səylərimə baxmayaraq alınmayıb. Mən də siz dostların sayəsində çox uğurlu günlər yaşamışam. İndi yeni işlərimdə, qurduğumuz gözəl münasibətlərin davam edəcəyinə, mənim sizə, sizin də mənə dəstək olacağınıza əminəm. Sizə də, özümə də uğurlar arzulayıram. Yeni, maraqlı layihələrdə görüşənədək".

Bütün xəbərlər Facebook səhifəmizdə