Göygöl rayon mədəniyyət və turizm şöbəsi tərəfindən ötən il rayonda fəaliyyət göstərən 10-a yaxın mədəniyyət obyekti əsaslı təmir olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, təmir işləri əsasən kəndlərdə fəaliyyət göstərən mədəniyyət evləri və kənd kitabxanalarında aparılıb. Mədəniyyət evləri yeni inventarlarla da təmin edilib. Bu il daha bir neçə obyektin təmiri nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər aparılır.
Qeyd edək ki, ümumilikdə rayon mədəniyyət və turizm şöbəsinin tərkibində 30 mədəniyyət evi, 41 kitabxana, 2 musiqi məktəbi, 2 muzey, 32 ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydiyyatdadır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB