Bu yol müvəqqəti bağlandı

Nəriman Nərimanov prospektinin İnşaatçılar prospekti ilə kəsişməsində (Statistika dairəsi) baş verən yol nəqliyyat hadisəsi nəticəsində N.Nərimanov prospektində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzindən (NİİM) SİA-ya verilən xəbərə görə, hal-hazırda aşmış texnikanın yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə