Qubada ulu öndərin xatirəsi anılıb

Qubada ulu öndərin xatirəsi anılıb

Mayın 5-də Qubada xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə mədəniyyət və istirahət parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Mərasimdə rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar kollektiv şəkildə iştirak ediblər.

Anım mərasimindən sonra Qubadakı "Yaşıl teatr"da tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə