Bu gün Hacıqabul rayonunda məşəl estafeti saat 17:10-da rayonun giriş qapısından Bayraq meydanından start götürüb. SİA-nın Aran bürosunun məlumatına görə, Hacıqabul sakinləri küçələrə çıxaraq alqış sədaları altında məşəli qarşılayıblar.
Məşəli 5 saylı məktəbin şagirdi Rüstəmov Əli qəbul edib. 3900 metr məsafədə olan yolu qət edən və növbə ilə bir-birinə ötürən atletlər məşəli Heydər Əliyev adına parka çatdırıblar. Karate kobod idman növü üzrə məşqçi müəllim Şəfiyev Elnur məşəli səhnəyə qaldıraraq alovlandırıb. Estafetdə iştirak edən 10 idmançı səhnəyə dəvət edilərək ictimaiyyətə təqdim olunub. Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Sonda Hacıqabul rayon sakini 5 saylı məktəbin şagirdi Şükürova Ayşən simvolik çırağı təhvil alaraq Heydər Əliyev muzeyinə təqdim edib.
1 Avrpa oyunlarının rəmzi məşəli Hacıqabul rayonundan Saatlı rayonuna yola salınıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB