Yeni Təhsil Şöbəsi istifadəyə verildi

Yeni Təhsil Şöbəsi istifadəyə verildi

Bərdə rayon Təhsil Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, açılış mərasimində çıxış edənlər ölkədə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıblar. Rəsmi hissədən sonra yeni binaya baxış olub. 3 mərtəbədən ibarət binada müasir iş otaqları və 110 yerlik geniş akt zalı var.

Qeyd edək ki, otaqların hər biri mebel dəstləri və avadanlıqlarla təmin olunub. Həmçinin binada qazanxana, bufet, digər yardımçı otaqlar da yerləşir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə