Ağdamda kitab bayramı keçirilib FOTO

Ağdamda kitab bayramı keçirilib FOTO

Ağdam rayonunun Quzanlı qəsəbəsində, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin, Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi kitab bayramında respublikanın tanınmış yazıçı və şairləri, nəşriyyat rəhbərləri ilə bərabər kitab sevərlər və şagirdlər iştirak ediblər. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdam Dövlət Dram Teatrının qarşısında təşkil edilən kitab bayramında çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov və digər natiqlər bilik mənbəyi olan kitabın əhəmiyyətindən, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin şərəfli və çətin ömür yolundan, Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışıb, ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Kitab bayramında müxtəlif nəşriyyat və poliqrafiya müəssisələrinin kitabları sərgilənib. Şair və yazıçılar gətirdikləri kitabları ağdamlı kitabsevərlərə hədiyyə ediblər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə