Marşrutların hərəkət istiqaməti dəyişdi RƏSMİ AÇIQLAMA

Marşrutların hərəkət istiqaməti dəyişdi RƏSMİ AÇIQLAMA

Paytaxtın sərnişin nəqliyyatı sistemində bəzi dəyişikliklər edilib. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov bildirib ki, verilmiş qərara əsasən bəzi avtobus marşrutları digəri ilə əvəzlənib, bəziləri isə ümumiyyətlə ləğv olunub.

Onun sözlərinə görə, 14 nömrəli marşrut 24 saylı, 90 saylı maşrut 83 saylı, 86 saylı marşrut isə 29 saylı avtobus marşrutu ilə əvəz olunub: "20, 188, 53 saylı avtobus marşrutları isə ümumiyyətlə ləğv olunub. 124 saylı avtobus marşrutu "20-ci sahə"yə qədər uzadılıb. 193 və 2 saylı saylı avtobus marşrutlarının şəhərin mərkəzində hərəkətinə qadağa qoyulub. 70 saylı avtobusun istiqaməti dəyişdirilib. 95 saylı marşrut xəttinin hərəkət istiqaməti isə metronun "Xətai" stansiyasının yaxınlığınadək qısaldılıb. 120 saylı marşruta yeni avtobuslar buraxılıb".

"Təkmilləşmə proqramı çərçivəsində bu proses bundan sonra da davam etdiriləcək. Avropa Oyunları ilə bağlı Ziya Bünyadov və Heydər Əliyev prospektlərində, eləcə də Beynəlxalq Avtovağzal istiqamətindəki avtobus marşrutlarında dəyişikliklərin edilməsi gözlənilir"- deyə, N. Həsənov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə