Bu gün Bakcell şirkəti 4-cü Sür@ brendini -4G LTE xidmətini kommersiya istifadəsinə verib. SİA-nın verdiyi məlumata görə, bu barədə şirkətin baş icraçı direktoru Riçard Şirer keçirdiyi mətbuat konfransında söyləyib. Bildirib ki, 4G xidməti sayəsində Bakcell abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları bir göz qırpımında yükləyib göndərə, musiqi axınlarını buferiyasiyanı gözləmədən dinləyə, habelə sosial şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynaya biləcəklər. Bakcell abunəçilərinə yüksək keyfiyyətə malik 4 G LTE xidmətlərini təqdim etməkdən qürur duyuruq. Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətdən sonra abunəçilərimiz "Bakcell"in bazarda ən yüksək keyfiyyətə malik və ən yaxşı qiymət təklifi təmin edən 4-cü Sür@ xidmətindən istifadə edə bilərlər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini istifafəyə vermək üçün indi ən münasib vaxtdır" - deyə, şirkətin icraçı direktoru əlavə edib.
O əlavə edib ki, ilk mərhələdə bu xidmətdən Bakının bir neçə rayonunda istifadə etmək mümkün olacaq. Bununla belə, R. Şirer gələcək planlarda bu şəbəkənin sürətlə genişləndirilməsinin daxil olduğunu bildirib:
Qeyd edək ki, sonda digər çıxışçılar da söz alaraq Bakcell bazarda smartfon istifadəçiləri üçün 4G xidmətini təklif edən ilk operator olduğunu söyləyiblər. Bildirilib ki, Bakcell şirkəti Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında 4G mobil internet xidmətindən istifadə edən ən çox abunəçi sayına malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB