Erməni diversanta hökm oxundu. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesinə yekun vurulub. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə Arsen Baqdasaryana hökm oxunub. Hökmə əsasən, erməni kəşfiyyatçı 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB