Türkiyə Respublikasında səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov "İDEF – 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün mayın 5-də İstanbul şəhərinə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaq.
Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB