24 aprel – 04 may 2015-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində gənc işçilər üçün beynəlxalq təlim kursu keçirilib. Gənclər üçün Təhsil Mərkəzindən SİA-ya verilən xəbərə görə, təlimlərdə Azərbaycan , Moldova, Polşa, İtaliya, Ermənistan , Macarıstan, Belarusiya, Gürcüstan, Avstriya, Portuqaliyadan gənclər iştirak ediblər.
Tədbir zamanı gənclər layihələrin yazılması və icra edilməsi ilə bağlı xüsusi təlimlər keçib, müxtəlif maarifləndirici oyunlarda iştirak ediblər.
Tədbirin ikinci günü Azərbaycan mədəniyyət gecəsi keçirilib. Gecədə Gənclər üçün Təhsil Mərkəzinin könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında iştirakçı dövlətlərin təmsilçilərinə məlumatlar verib, ölkəmiz haqqında hazırlanmış video çarx, mədəni irs toplusu əhatə edilən slaydlar, milli mətbəximizin yeməklərini nümayiş etdiriblər. Tədbirin sonunda könüllülər I Avropa Oyunlarının xüsusi təqdimatını keçirərək, böyük idman bayramı çərçivəsində dövlətimiz tərəfindən görülən işləri iştirakçıların diqqətinə çatdırıblar .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB