Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümə həsr edilmiş Cüdo yarışı keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Taxtakörpü qəsəbə tam orta məktəbinin idman zalında 18 çəki dərəcəsində və iki yaş qrupunda - 1999-2001, 2002-2004-cü il təvəllüdlü idmançılar arasında Cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Birincilik uğrunda Laçın, Ağcabədi, Ağdam, Beyləqan, Goranboy və Ucar rayonundan 100 -ə yaxın idmançı yarışıb. Ümumi komanda hesabında I yeri Ağcabədi rayonu, II yeri Laçın rayonu, III yeri isə Goranboy rayonu qazanıb.
Qeyd edək ki, idmançılar Rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medalla, klublar isə kubokla mükafatlandırılıblar.

Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB