Qurban Yetirmişli üzv seçildi

AMEA nəzdində Respublka Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, Q.C.Yetirmişli daha bir nüfuzlu elmi təşkilata üzv seçilib. RSXM-in baş direktoru bu günlərdə Rusiya Təbiət Elmləri Akademiyasının Yer təkinin sistemli tədqiqatlar seksiyasının xarici üzvü seçilib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, bu barədə qərarı bu günlərdə Bakıya səfər edən Rusiya Təbiət Elmləri Akademiyasının nümayəndəsi açıqlayıb.

Qeyd edək ki, AMEA nəzdində RSXM-də keşirilən toplantıda Q.Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmlər doktoru, Yer təkinin sistemli tədqiqatlar seksiyasının sədri , Elmi-sənaye, Neft və Qaz İstehsalı Proseslərinin Tədqiqatları Sistemi İnstitutunun direktoru Əzizağa Şahverdiyev tərəfindən Rusiya Təbiət Elmləri Akademiyasının fəxri diplom və medalı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə