Ulu öndərin xatirəsinə mahnı müsabiqəsi keçirilib FOTO

Ulu öndərin xatirəsinə mahnı müsabiqəsi keçirilib FOTO

Bərdə rayonu Lətif Səfərov adına mədəniyyət evində Gənclər və İdman idarəsinin və Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı uşaq musiqi məktəblərinin şagirdləri arasında Vətənpərvərlik mahnıları mövzusunda müsabiqə keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, müsabiqədə rayonun 7 musiqi məktəblərindən 20 nəfər iştirak ediblər. Müsabiqə iştirakçılarının ifalarının qiymətləndirilməsi üçün 5 nəfərdən ibarət münsiflər heyəti təyin olunub. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin baş məsləhətçisi, münsiflər heyətinin sədri Aydın Qasımov iştirakçıları müsabiqənin keçirilmə şərtləri ilə bir daha tanış edib və onlara uğurlar arzulayıb. Daha sonra Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gəncliyə göstərdiyi xüsusi diqqət və qayğıdan, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması üçün imzaladığı sərəncamlardan, Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlərdən danışıb. İştirakçıları dinlədikdən sonra münsiflər heyətinin yekdil qərarına məktəblilər mükafatlandırılıb.

Diplomları Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev və münsiflər heyəti təqdim edib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə