Hazırda Bakı şəhərinin bir çox küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. SİA-nın Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən verdiyi xəbərə görə, Afiyəddin Cəlilov küçəsi (Cavanşir körpüsü istiqamətində), Koroğlu Rəhimov küçəsi (Fətəlixan Xoyski küçəsi istiqamətində), Həsən Əliyev küçəsi və Bakı-Sumqayıt şosesində (Beynəlxalq Avtovağzalın qarşısı) avtomobillərin sıxlığı qeydə alınıb.
Eyni zamanda, Azneft dairəsi istiqamətində paytaxtın Niyazi küçəsi, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsində sıxlıqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB