Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə "Azərbaycan 1941-1945:"Aleksandr Nevski" ordenli cəngavərlərimiz" adlı kitab dərc edilib. SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəlliflərinin ölkəmizdə və xaricdə tanınan Böyük Vətən müharibəsi tarixinin tədqiqatçısı Azad Hüseynovun və müstəqil ekspert Heydər Mirzənin olduğu "Azərbaycan 1941 - 1945: "Aleksandr Nevski" ordenli cəngavərlərimiz" adlı kitab Azərbaycan oğullarının 1941 - 1945-ci illərdə Böyük Vətən müharibəsində keçdiyi şanlı döyüş yolu və göstərdikləri qəhrəmanlıqları gözəl şəkildə oxucuların diqqətinə çatdırıb.
Kitabın müəllifləri 92 zabitin tərcümeyi-halının toplanmasına 2 ildən çox vaxt sərf etmişdir. Kitab azərbaycan və rus dillərində nəşr olunub.
Xatırladaq ki, müəlliflərin bundan öncə dərc edilən birinci "Azərbaycan 1941 - 1945: Şöhrət ordeni kavalerləri" kitabında 15 nəfər tam Şöhrət ordeni kavaleri və 180 nəfər sadə Şöhrət ordeni kavaleri barədə bioqrafik məlumat toplanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB