Hindistanda şiddətli ağrı səbəbi ilə xəstəxanaya aparılan gəncin ağzından 232 diş çəkilib. Ailəsi çənəsindəki ağrıya dözə bilməyən 17 yaşlı Aşik Qavaini xəstəxanaya aparıb.
Sağ alt çənəsində anormal şişlik müşahidə edən həkimlər onu əməliyyat etmək qərarına gəlib.
6 saatlıq əməliyyat nəticəsində gəncin ağzından irili-xırdalı 232 diş çəkilib.
Həkimlər bu əməliyyatı nadir rastlanan adlandırır və Guines-in Rekorlar Kitabına müraciət etməyi düşünür: "Bu günə kimi xəstəxanada ən çox 37 diş çəkilib, belə hadisə bizim üçün də xüsusidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB