"Prezident təqaüdçüsü" Gənclər Birliyinin rəhbəri, Qlobal Gənc Liderlər Akademiyasının Azərbaycan üzrə əlaqələndiricisi Təbriz Raufoğlu 29 aprel-3 may aralığında Almaniyanın Münhen şəhərində "Böyük 20-lik" ölkələrinin Gənclər Forumunda iştirak edib. SİA-ya açıqlamasında Təbriz Raufoğlu bildirib ki, ölkəmiz ilk dəfə olaraq "Böyük 20-lik" ölkələrinin Gənclər Forumunda təmsil olunub.
Tədbirə Forumun əsas kordinasiyasını həyata keçirən "G200 Gənc Məzunlar Assosiasiyası" tərəfindən dəvət olunduğunu vurğulayan Təbriz Raufoğlu Böyük 20-lik ölkələrinin gənclər sektoru ilə sıx ikitərəfli əlaqələrin formalaşdırıldığını, qarşılıqlı əməkdaşlıq şəraitinin dəyərləndirildiyini bəyan edib.
Təşkilat rəhbəri əlavə edib ki, Forumda Avropa Parlamentinin sözdə "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə etirazını bildirərək Fransa və Almaniya nümayəndələri başda olmaqla tədbir iştirakçılarına hüquqi əsaslı xüsusi çap materilları paylayıb.
Təbriz Raufoğlu: "Bu Forumda Azərbaycanın ilk dəfə olaraq təmsilçiliyi respublikada həyata keçirilən gənclər siyasətinin uğurudur və növbəti bir ilkdir. Xüsusi ilə vurğulamaq istəyirəm ki, uğurlu iştirakımızla G20 ölkələri Gənclər Forumunun növbəti illərin birində Bakıda təşkil olunması ilə bağlı razılıq da əldə etdik", - deyə fikrini tamamlayıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB