"ABŞ-ın antiAzərbaycan mövqeli qüvvələr, xüsusilə də, Azərbaycana qarşı tətbiq olunan "907-ci düzəlişin" əsas müəlliflərindən olan Con Kerri bütün siyasi fəaliyyəti ərzində Azərbaycan qarşı qərəzli mövqe sərgiləyib". Bunu SİA-ya aşıqlamasında Qloballaşma və Milli Həmrəylik İçtimai Birliyinin sədri Həsən Qarayev antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Con Kerri ermənipərəst olamasını antiAzərbaycan kampaniyasına rəhbərlik etməsi ilə nümayiş etdirir: "Bütün bunlar onu göstərir ki, hüquqi, demokratik dövlət quruculuğu prosesində inamla irəliləyən dövlətimiz ABŞ və Avropanın bəzi ermənipərəst dairələrinin maddi və mənəvi dəstəyinə malik beynəlxalq QHT-lərin, məkrli qüvvələrin pozucu planları ilə üz-üzədir. Bu planların əsas idioloqunun ABŞ-ın dövlət katibi Con Kerrinin olması ABŞ-Azərbaycan əlaqələrinə zərbə vurmaq məqsədinə xidmət etdiyi şübhələri yaradır".
Təşkilat sədri onu da bildirdi ki, ABŞ-ın Milli Demokratiyaya Dəstək təşkiltı (NED) Azərbaycanla bağlı xüsusi layihə hazırlayıb: "Mayın 7-də keçiriləcək toplantıda layihənin təsdiq edilməsi gözlənilir. 2 il müddətində həyata keçiriləcək layihəyə külli-miqdarda vəsait ayrılıb. Layihənin həmmüəllifləri Freedom House təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, "5-ci kolon"un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski və digər şəxslərdir. Həmin şəxslərə isə ABŞ Dövlət katibi Con Kerri rəhbərlik edir. Con Kerri bu kampaniyaya İlk Avropa Oyunları ərəfəsində start verməklə 1992-ci ildən Azərbaycana qarşı tutduğu ermənipərəst mövqeyindən əl çəkmədiyini göstərir. Amma bunun heç bir faydası olmayacaq. Sonda uduzan və ifşa olunan Con Kerri və onun dəstəsi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB