“Gənclər prospekti” açıldı FOTO

“Gənclər prospekti” açıldı FOTO

Horadiz şəhərində yeni salınan "Gənclər prospekti"nin açılışı olub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, prospektin açılış mərasimində Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edən Alı Alıyev Horadiz şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışıblar.

O bildirib ki, son üç ildə Horadiz şəhərində işğal dövrü ərzində yandırılan və dağıdılan 6 küçədə abadlıq-quruculuq işləri görülüb, həmin küçələr əslində yenidən qurulub. Ümumi uzunluğu 15 kilometrə qədər olan həmin küçələrdə yeraltı işıq sistemi çəkilib, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilib, işıqforlar quraşdırılıb yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilib. Küçələrə asfalt örtüyü salınıb, zövqlə, ustalıqla görülən işlər göz oxşayır. Küçələrin təmizliyi, səliqə-sahman işləri daima diqqət mərkəzində saxlanılır.

Alı Alıyev qeyd edib ki, ümumi uzunluğu 1,5 km olan "Gənclər prospekti"nin inşasına 2014-cü ildə başlanıb, prospektə asfalt örtüyü salınıb, avtomobillərin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işıqfor quraşdırılıb, qızılgül kolları və həmişəyaşıl ağaclar əkilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə