Gənclərin bilik yarışı keçirildi

Gənclərin bilik yarışı keçirildi

Gənclər üçün Təhsil Mərkəzi Şimal regional ofisi Qusar rayonunda gənclərin 1-ci intellektual bilik yarışını keçirdi. Mərkəzdən SİA-ya verilən xəbərə görə, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərmək idi.

Qusar rayon Gənclər və İdman İdarəsində baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Şimal regional ofisinin rəhbəri İnqilab Fərzəliyev ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu günkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.

Çıxış edən digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırdılar.

Daha sonra komandaların iştirakı ilə yarış başladı.

Yarışın qalibləri Mərkəz tərəfindən mükafatlandırıldı və rayonda fəaliyyət göstərən "Xəmsə" kurslarına güzəşt əldə etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə