Elektron xidmətlərin sayı 417-yə çatıb

Elektron xidmətlərin sayı 417-yə çatıb

Azərbaycanın dövlət qurumlarının "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi elektron xidmətlərin sayı 417-yə çatıb. SİA-nın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 333-ü portala inteqrasiya olunub.

Ümumilikdə dövlət saytlarında yerləşdirilən elektron xidmətlərin sayı isə 481 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə