Artıq davamlı xarakter alan abadlıq işlərinin bir hissəsi kimi Siyəzən şəhərinin Xətai küçəsinin asfaltlanması işlərinə başlanılıb. Siyəzən-Məşrif avtomobil yolunun ümumi uzunluğu 21 km-dir. Yol 4 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir. Bundan öncə daş və çınqıldan ibarət olan yol hazırda asfaltlanır. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, "Azəryolservis" ASC tərəfindən tikilən yolun artıq 7 km hissəsinə asfalt döşənib. Eni 12 m olan yeni avtomobil yolu bölgədə turizmin daha da inkişaf etməsinə şərait yaradacaq. Çünki Azərbaycanın məşhur "Qalaaltı" sanatoriyasına getmək üçün bu yoldan istifadə ediləcək.
Qeyd edək ki, Siyəzən-Məşrif avtomobil yolunun üzərində rayonun 8 kəndi yerləşir. İnşa işləri zamanı həmin kəndlərə gedən avtomobil yollarına da asvalt döşənib. Yolun çəkilməsinin cari ilin dekabr ayında başa çatacaq. Siyəzən-Məşrif avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən ilkin olaraq 7 milyon manat vəsait ayrılıb.





Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB