Uşaqlar arasında şahmat yarışı keçirilib FOTO

Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilən 15 yaşadək uşaqlar arasında şahmat yarışı keçirilir
Uşaqlar arasında şahmat yarışı keçirilib FOTO

Ağdam rayonu Quzanlı qəsəbəsi Olimpiya İdman kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən 15 yaşadək uşaqlar arasında şahmat yarışı keçirilir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yarışda Ağdamla birlikdə Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Zərdab, Füzuli, Xocavənd və Beyləqan rayonları olmaqla ümumilikdə 7 rayondan şahmatçıları iştirak edir. Yarışın açılışında Ağdam rayon İcra hakimiyyətin başçısı Raqub Məmmədov çıxış edərək iştirakçılara uğurlar arzulayıb.

YAP Ağdam rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Ağdam Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan mini futbol yarışı keçirilib. Yarışda rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarını, həmçinin kənd və qəsəbələrini təmsil edən komandalar iştirak ediblər. Yarışın açılışında çıxış edən Ağdam rayon İcra hakimiyyətinin başçısı yarış iştirakçılarına uğurlar arzulayıb. Mini futbol yarışında birinci yerə Quzanlı köçkün qəsəbə, ikinci yerə Quzanlı qəsəbə və üçüncü yerə isə Ağdam Musiqi Kollecinin komandaları çıxıb. Yarışın qaliblərinə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən kubok, digər yerləri tutan komandalara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə