Məktəblər nəzarətə götürüləcək

Məktəblər nəzarətə götürüləcək

Göygöl rayonunda təhsil müəssisələrində təhlükəsizlik tədbirləri ilə bağlı müşahidə kameralarının quraşdırlması nəzərdə tutulur. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, belə bir açıqlama ilə rayon Təhsil şöbəsinin rəisi Elbrus Atayev çıxış edib.

Şöbə rəisinin sözlərinə görə, orta məktəblərdə təhlükəsizlik hər zaman diqqət mərkəzində saxlanılır və bu məqsədlə nəzarət qrafiki tərtib olunub: "Buna baxmayaraq, dövrün tələbinə uyğun olaraq yaxın müddətdə tədricən rayonun bütün orta məktəblərində müşahidə kameraları quraşdırılacaq. Gələcəkdə bütün məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı müşahidə kameraları quraşdırılacaq. Təhsil naziri Mikayıl Cabbarov da öz çıxışında bu məsələyə toxunub və bu istiqamətdə lazım olan addımlar atılacaq".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə