I Avropa Oyunlarının məşəli Salyana çatdı FOTOLAR

I Avropa Oyunlarının məşəli Salyana çatdı FOTOLAR

Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin ölkə ərazisində gəzintisi davam edir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qədim od məbədi Atəşgahda alovlandırılan məşəl bu gün Salyana çatıb.

Oyunların rəmzi ilə öncə Salyan sakinləri tanış olublar. Cəlilabaddan gətirilən Olimpiya məşəlinin şəhərin giriş qapısında qarşılanma mərasimi təşkil edilib. Kür sahilini dolaşaraq məşəl estafeti saat 12:20-də start götürüb.

Gənc idmançı xanım məşəli qəbul edərək 10 həmkarı ilə birgə yürüşü davam etdirib. Məşəli 3200 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər sakinlərin alqış sədaları altında hərəkət edərək Heydər Əliyev Parkına çatıblar. Burada kinqboksinq üzrə məşqçı Rahil İsgəndərov məşəli qəbul edib və gənc fəal Quliyev Cavidə təhvil verib.

Məşəli meydanda Cavid Quliyev qurulan səhnəyə qaldıraraq simvolik çırağı yandırıb. Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Salyan rayonuna rəmzi çıraq təqdim edilib və Heydər Əliyev mərkəzinə qoyulub.

Daha sonra Slayan şəhər Aşıq Pənah adına məktəb-litseyin 2-ci sinif şagirdi Zərxanım Ağabəyova Avropa oyunlarının sonuna qədər saxlamaq üçün çırağı təhvil alıb.

Yürüş iştirakçıları Salyan şəhər mərkəzində təşkil olunana konsertlə tədbiri canlandırıblar. Yarışın rəmzi ardınca Salyandan Neftçalaya yollanıblar.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə