Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb
Şahmat turnirinə yekun vurulub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-cı ildönümünə həsr olunmuş vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, aprel ayının 18-də start götürmüş yarışlar Olimpiya sistemi üzrə keçirilib.

Vergilər Nazirliyi Aparatının rəhbəri Zeynalabdin Məmmədzadə yarışın olduqca maraqlı rəqabət şəraitində keçdiyini qeyd edərək, bunun gələcəkdə davamlı xarakter daşıyacağını bildirib.

Turnirin qalibi Vergilər Nazirliyinin Vergi siyasəti və strateji Araşdırmalar Baş İdarəsinin əməkdaşı Babək İbrahimov, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Məzahir Şamilov isə 2-ci, 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov isə 3-cü yerin qalibi olublar. Sonda qaliblərə diplomlar təqdim edilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə