Milli Qəhrəmanlarını Tanıtma İB-nin ümumi yığıncağı keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin ümumi yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, ümumi yığıncaqda şəhid, milli qəhrəman ailələri, sağ milli qəhrəmanlardan Vahid Quliyev, Zabit Quliyev, Bəxtiyar Allahverdiyev və Qəhrəmanov Fariz iştirak ediblər.
Ümumi Yığıncağı Birliyin sədri Elşən Uluxanlı açaraq bu gun çox əlamətdar bir gundə toplaşdıqlarını qeyd edib: "Yaxın bir zamanda Ulu Ondərimiz Heydər Əliyevin doğum gününü və 9 May Qələbə Gününü qeyd edəcəyik. Bu gün isə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıma İctimai Birliyinin növbəti ümumi yığıncağını keçirmək üçün toplaşmışıq. Mən belə sərbəst halda, arxayın şəkildə bu toplantını keçirməyimiz üçün şərait yaradan, ölkəmizdə sabitliyi, əminamanlığı özünün müdrik uzaqgörən xarici siyasəti nəticəsində əldə etdiyimiz Heydər Əliyevi - Ulu Öndərimizi bir daha xatirlamaq istəyirəm. Bu gün müstəqil Azərbaycanımızda nə əldə etmişiksə bunun hamısı Ulu Öndərimizin uzaqgörən, düşünülmüş, müdrik, daxili və xarici siyasətinin nəticəsidir. Müstəqilliyimizin ilk illərində çox böyük çətinliklərlə üzləşməyimizə baxmayaraq indi Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməklə dünya ölkələri arasında özünə layiqli yer tutmuşdur. Qazanılmış bütün nəaliyyətlərdə Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən respublikamızın Prezidenti İlham Əliyev cənablarının çox böyük xidməti vardır. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Cənab Prezidentin bütün siyasətini istər daxili, istərsə də xarici siyasətini ürəkdən bəyənir və dəstəkləyirik".
E.Uluxanlı xalqımız azadlığının və dövlətimizin müstəqilliyinin gərgin mübarizə şəraitində əldə edildiyini bildirib: "Keçmiş Sovet İttifaqının heç bir respublikası bu mübarizədə bizdə olduğu qədər günahsız qurbanlar verməmişdir. İyirmi ildən artıqdır ki, xalqımız mənfur qonşularımız ermənilərlə müharibə şəraitində yaşayır. Bu müharibədə minlərlə günahsız qurbanlar vermişik və indi də veririk. Torpaqlarımızın 20%-i işğal olunmuş, bir milyondan artıq soydaşımız öz vətənində yurdlarından didərgin düşərək məcburi köçkünə çevrilmişdir. Lakin bunlar xalqımızı sarsıda, iradəsini qıra bilməmişdir. Xalqımız torpaqlarımızı müdafiə etmək, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızı geri qaytarmaq, Respublikamızın ərazi bütövlüyünü təmin etmək iradəsinə malikdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində dövlət quruculuğunda, iqtisadi sahədə əldə edilən nailiyyətlər, ordu quruculuğundakı irəliləyişlər Xalqımızda belə bir inam yaratmışdır ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşməklə xalqımız tezliklə torpaqlarımızı işğalçı ermənilərdən azad edəcək, yurd-yuvalarından didərgin salınmış soydaşlarımız doğulduqları, boya-başa çatdıqları torpaqlarına qayıdacaqlar!
Bu bir həqiqətdir ki, torpaqlarımızın qorunması Vətənimizi, müstəqilliyimizi və azadlığımızı qorumaq üçün mübarizə apararkən bu yolda minlərlə şəhidlər vermişik və indi də veririk. Şəhidlərimiz torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında canlarından keçmiş, şücaətlər göstərmişlər. Onlardan xüsusi, əlahiddə xidmətlər göstərənlər Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüşlər.
Bu gün mən bütün şəhidlərimizin, şəhid milli qəhrəmanlarımızın ruhu qarşısında, eləcə də sağ milli qəhrəmanlarımız mərdliyi, iradəsi qarşısında baş əyirəm, şəhidlərimizin valideynlərinə, bacı və qardaşlarına Allahdan səbr diləyirəm!
Müstəqilliyimizin ilk illərində hamınıza məlum olan çox böyük çətinliklərlə üzləşən, məhrumiyyətlər hesabına qazandıqlarını az qala itirməkdə olan Azərbaycan, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, dahi insan Heydər Əliyevin hakimiyyətə gəlişi və cəsarətli, uzaqgörən daxili və xarici siyasəti nəticəsində regionda lider ölkəyə çevrilmiş, dünya birliyində layiqli yer tutmuşdur.
Ümummilli Liderimiz Heydər Əliyevin ağır iş rejimində işləməsinə baxmayaraq Vətənimizin ərazi bütövlüyü uğrunda gedən müharibədə iştirak etmiş hər bir Azərbaycan vətəndaşı daim onun diqqəti ilə əhatə olunmuşdur. Bunun bariz nümunəsi kimi onu deyə bilərəm ki, 1993-cü ildə Heydər Əliyev ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gələndən sonra ilk görüşü həmin ilin dekabr ayının 27-də Azərbaycanın Milli Qəhrəman ailələri ilə olmuşdur. Bundan sonra da demək olar ki, ildə bir dəfə Azərbaycanın Milli Qəhrəman ailələrini qəbul etmiş, onların problemləri ilə yaxından maraqlanaraq yerindəcə həll olunması üçün tapşırıq və göstərişlərini vermişdir.
Bu gün hörmətli Prezidentimiz İlham Əliyev Cənabları Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini davam etdirməklə daim Milli Qəhrəman ailələrinə diqqət və qayğı göstərməkdə davam edir. İlham Əliyev Cənabları tərəfindən 2005-ci ildə hər bir Milli Qəhrəman ailəsinə 600 manat təqaüdün verilməsi və bu təqaütün 2014-cü ildə isə 1000 manata qədər artırılması barədə sərəncam imzalaması bunun bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyevin siyasətini əldə rəhbər tutan hörmətli Prezidentimiz İlham Əliyev cənablarının Milli Qəhrəmanlarımıza göstərdiyi diqqət və qayğıları Birliyin işinə də böyük təsir göstərmişdir. Milli Qəhrəmanlarımızın anım və ad günləri Birlik tərəfindən təhsil ocaqlarında və şadlıq saraylarında geniş qeyd edilmişdir və edilir. Keçirilən tədbirlər zamanı milli qəhrəmanlar haqqında bukletlər hazırlanaraq gənclər arasında paylanılır. Birlik Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər evinin kollektivi ilə birlikdə müxtəlif yerlərdə neçə-neçə Milli Qəhrəmanın anım və ad günlərini qeyd etmişdir.
Ümumilikdə, ötən il ərzində Birlik tərəfindən Milli Qəhrəmanların doğum və anım günü ilə bağlı 180 dən artıq tədbir keçirilmişdir. Bundan başqa respublikada ilk dəfə olaraq Birlik tərəfindən Azərbaycan Xalqının Soyqırım Qurbanları haqqında 30 rayon və şəhərlərimizdə səyyar sərgilər keçirtmişdir.
Mən inanıram ki, vaxt gələcək, "Öncə Vətən, Millət, Dövlət, sonra özüm!" şüarı hər bir azərbaycanlının ürəkdən gələn arzusu olacaqdır. Bizim təşkilatın bütün üzvləri öz işlərini bu amal üzərində qurmağa çalışıblar və bundan sonra da belə olacaq".
Ümumi Yığıncağın sonunda Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Elşən Uluxanli, Asif Şirinov və Milli Qəhrəman Vahid Quliyev Birliyin İdarə Heyətinin üzvü, Elşən Uluxanli isə yenidən Birliyin Sədri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB