Festivalda Böyük vətən Müharibəsində Azərbaycanlı qəhrəman oğulların döyüş yolu, onların göstərdikləri şücaətlər, qələbənin əldə olunmasında onların rolu haqqında gələn qonaqlara məlumat verilib və əyani olaraq nümayiş olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, Festival iştirakçıları öncə Ulu öndər Heydər Əiyevin Lənkəran Şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, xatirəsini yad ediblər. Daha sonra İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi ziyarət olunub. Qonaqlar həmçinin Həzi Aslanovun ev-muzeyinə baş çəkərək, qəhrəman sərkərdənin ömür və döyüş yolunu əks etdirən eksponatlarla tanış olublar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü Müdafiə nazirliyinin təşilatçılığı ilə ərsəyə gətirilən "Tarixin canlı səhifələri" adlı lII Gənclər festivalında Milli Məclis spikerinin birinci müavini Ziyafət Əsgərov, Millət vəkili Hadı Rəcəbli, Gənclər və İdman Naziri Azad Rəhimov, DIN-nin Baş Narkotiklərlə mübarizə İdarəsinin rəisi Həzi Aslanov, Belarus Respublikasının ölkəmizdəki konsulu Andrey Adamuşka, müharibə veteranları və 1000-dən artıq rayon sakini iştirak edib. Festivalın keçirilməsində əsas məqsəd, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaq olub.
1941-1945-ci illərdə faşizm üzərində qələbədə fədakarlıq göstərən, döyüşlərdə canları və qanları bahasına qəhrəmanlıq zirvəsinə yüksələn dörd azərbaycanlının - Azərbaycandan ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun, əfsanəvi partizan Mehdi Hüseynzadənin, keçmiş sovet ölkəsinin bütün ali döyüş orden və medallarına layiq görülən, elm aləminə layiqli töhfələr verən akademik Ziya Bünyadovun və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolu canlı səhnələrlə mərasim iştirakçılarının gözü önündə canlandırılıb. Sovet qoşunları ilə Alman faşistləri arasında gedən döyüş səhnələşdirilərək gələn qonaqlara canlı nümayiş olunub.
Ümumilikdə teatrlaşdırılmış səhnələrdə 200-dən çox aktyor və xeyli sayda hərbi döyüş texnikası iştirak edib. 5 saatdan artıq davam edən festival atəşfəşanlıqla başa çatıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB