Gədəbəydə qonşular arasında dava düşüb. Ana və oğlu qonşuları döyüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 20:10 radələrində baş verib. Rayonun Şəkərbəy kənd sakini 65 yaşlı Əntiqə Alıyevanı və onun oğlu 38 yaşlı Bayram Alıyevi qonşuarı döyüb. Yaralıların yaxınlarının sözlərinə görə, hadisə su üstündə baş verib. Şəkərbəy kəndinin Göl adlanan ərazisində ana və oğul bulaqdan su doldurmaq istəyərkən qonşuları Əntiqə Abdullayeva və onun oğlanları Elməddin, Məhəmməd eləcə də qızı Zəhra Abdullayevalar onları qoymayıblar, nəticədə münaqişə yaranıb. Döyülən Əntiqə və Bayram Alıyevlər dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini kafi qiymətləndirirlər.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB