Paytaxtda 23 dərəcə isti var

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumatına görə havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 03-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə