Dövlət Bayrağı Meydanı ilə tanışlıq

Dövlət Bayrağı Meydanı ilə tanışlıq

Azərbaycanda səfərdə olan İsveçrə və Lixtenşteyndə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarından ibarət nümayəndə heyəti mayın 2-də Dövlət Bayrağı Meydanı ilə tanış olub. Nümayəndə heyətinə Bayraq Meydanı və onun ərazisində həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri haqqında məlumat verilib.

Sonra Dövlət Bayrağı Muzeyi ilə tanış olan qonaqlar burada nümayiş etdirilən eksponatlar barədə məlumatlandırılıblar.

Nümayəndə heyəti Dövlət Bayrağı Meydanından xoş təəssüratlarla ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə