Jurnalistlər öz bacarığını nümayiş etdirib YENİLƏNİB

Jurnalistlər öz bacarığını nümayiş etdirib YENİLƏNİB

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş II atıcılıq turniri keçirib. SİA-nın məlumatına görə, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Turnir "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında keçirilir. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edib.

SHXÇDX-nın rəisin birinci müavini, polkovnik Zaur Abdullayev bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün xidmətin media nümayəndələri arasında atıcılıq turnirinin keçiriməsində məqsədi mətbuatı vətənpərvərlik təbliğatına yönəltməkdir. Media Azərbaycan Silahlı Qüvvələrinin artan gücünü dünyaya, ilk növbədə düşmənə çatdırmalıdır. Jurnlistlər arasında atıcılıq turnirinin keçirilməsində daha bir məqsəd isə media nümayəndələrini tək qələmi ilə deyil, onların silaha sarılaraq dövlətimizin ərazi bütövlüyünün təmin olunmasında iştirak edəcəyini göstərməkdir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə jurnalistlər arasında da şəhidlik zirvəsinə ucalanlar var".

Daha sonra yarışlara start verilib. Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. I yerə "Hərbi And" qəzeti, II yerə "Trend" İnformasiya Agentliyi, III yerə isə APA TV layiq görülüb. Yarışa Səs İnformasiya Agentliyinin (SİA) komandası da qatılmışdı.

Qeyd edək ki, 2014-cü ildə keçirilmiş ilk turnirin qalibi Trend Beynəlxalq İnformasiya Agentliyinin komandası olub.

Bütün xəbərlər Facebook səhifəmizdə