Tovuzda faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir öncə Tovuz şəhərində yerləşən Turan ticarət mərkəzində konsert proqramı ilə başlayıb, sonra tədbir qəhramanlar parkında davam edib.
Bölgə müxbirinin verdiyi xəbərə görə, Tovuzda Faşizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Tovuzun mərkəzində yerləşən "Turan" Ticarət Mərkəzində geniş konsert proqramı ilə başlayan tədbir daha sonra qəhramanlar prakında davam edib.
Qəhramanlar parkında hazırlanmış tədbirdə Millət vəkili Qənirə Paşayeva hərbiçilər üçün yemək bişirib və bişirilən yeməyin dadına da öncə əməkdaşəmız Kamran Əskiparalı ilə Qənirə Paşayeva baxıb. Yemək çox dadlı alınıb. Daha sonra yaxşı oxuyan şagirdlərə Qənirə xanımın öz yazdığı kitablardan paylayıb. Yekunda tovuz rayon icra hakimiyyətinin başcısı Tofiq Zeynalov, millət vəkili Qənirə paşayeva şagirdlər və hərbiçilərlə xatirə şəkili çəkdiriblər.
Tovuz rayonunda qələbənin 70 illiyi və ümummilli liderimiz Heydər əliyevin 92-ci ildönümü ilə bağlı silsilə tədbirlər may ayının 3, 9 və 10-da Turan ticarət mərkəzində və rayonun cəbhə bölgəsində davam etdiriləcək.
Kamran Əskiparalı, Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB