“Həbsxanalarda pis rəftara qarşı mübarizə“

“Həbsxanalarda pis rəftara qarşı mübarizə“

Fransanın Strasburq şəhərində "Həbsxanalarda pis rəftara qarşı mübarizə" mövzusunda beynəlxalq tədbir keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov təmsil edib. Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi həbsxanalarda pis rəftara qarşı mübarizə ilə bağlı məsələlərin və Avropa Şurasının tövsiyələrinin müzakirəsi, müsbət təcrübənin və iş metodlarının mübadiləsi olub.

Tədbir çərçivəsində Avropa Şurasıına üzv ölkələrin penitensiar müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması və pis rəftar, işgəncə və cəzasızlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə görülmüş işlər barədə geniş fikir mübadiləsi aparılıb.

Pis rəftarla bağlı müraciətlərin təhqiqi, işçi heyəti ilə saxlanılanlar arasında konstruktiv münasibətlər hesabına dinamik təhlükəsizliyin təmini, təhlükəsizlik tədbirləri, hərəkətin məhdudlaşdırılması vasitələri və tənbeh tədbiri kimi tək saxlanmadan istifadə edilməsi, yeniyetmə məhkumların saxlanıldığı müəssisələrdə zorakılıq, eləcə də həbs yerlərində pis rəftarla bağlı Avropa məhkəməsinin ayrı-ayrı ölkələr üzrə son qərarları ətrafında müzakirələr olub.

Belə ki, həbs yerlərində pis rəftara yol verilməsi nəticəsində İnsan hüquq və azadlıqlarına dair Avropa Konvensiyasının 2-ci və 3-cü maddələrinin kobud surətdə pozulmasına görə Böyük Britaniya, Belçika, Fransa, İrlandiya, Türkiyə, Gürcüstan, Niderland və Rusiya Federasiyası üzrə Strasburq məhkəməsinin qərarlar qəbul etdiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə