Dəmir yolunda yük daşınması sahəsində islahatlar

Dəmir yolunda yük daşınması sahəsində islahatlar

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC müxtəlif beynəlxalq nəqliyyat layihələrinin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsində mühüm rol oynayır.

Əsas məqsəd Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsindən istifadə edərək, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə nəqliyyat dəhlizi çərçivəsində ölkənin tranzit potensialının artırılmasıdır.

Bu siyasətin uğurla həyata keçirilməsi üçün "Azərbaycan Dəmir Yolları" QSC yeni daşıma siyasətini tətbiq edilməsinə start verir. Ölkə rəhbərliyi və Nəqliyyat Nazirliyi tərəfindən dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Buna isə, daşımaların sürətinin artırılması, daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, çevik tarif siyasəti, iri miqyaslı logistika və marketinq işi ilə nail olmaq mümkündür. Tranzit yüklərin ölkə ərazisindən keçirilməsi əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunması üçün çox əhəmiyyətlidir.

Qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün Dəmir yolu rəhbərliyi Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmir yolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirib. Azərbaycan dəmir yolu dəhlizinin fəaliyyəti alternativ koridorla müqayisə olunmuş və daha səmərəli təşkili üçün Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq aşağıdakı qərarlar alınıb:

Yük daşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlar uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya) və eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb.

Bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədi ilə mövcud tariflər aşağı salınmışdır. Verilmiş güzəştlər vaqon daşımalarında 35%-ə qədər, konteyner daşımalarında isə 50%-ə qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə