YAP Ağdam rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə "Heydər Əliyev və Azərbaycan Mətbuatı", "Heydər Əliyev və Dövlət Qadın siyasəti", "Heydər Əliyev və Azərbaycan dili", "Heydər Əliyev və Azərbaycan Gəncliyi" və "Heydər Əliyev və Azərbaycan Mədəniyyəti" mövzusunda tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yığıncaqda YAP Ağdam rayon təşkilatının şura üzvləri, İlk partiya təşkilatı sədrləri, İdarə, müəssisə rəhbərləri, rayon Ağsaqqallar şurasının və Gənclər təşkilatının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" mövzusu ətrafında məruzə ilə çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycanın canlı tarixi olduğunu qeyd edib. Bildirmişdir ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrdə ölkəmiz öz inkişaf yolunu müəyyənləşdirməklə bərabər həm də özündən sonrakı dövr üçün böyük işlər görmüşdür. Onun siyasi xətti bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O öz çıxışında belə bir gərgin dövrdə xalqın təkidi və istəyi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdıraraq bunu zamanın tələbi olduğunu bildirdi. "Ümumilli Lider elə bir dövrdə siyasi hakimiyyətə qayıtdı ki, Azərbaycan artıq dünya xəritəsindən silinmə təhlükəsi altında idi".
İ.Quliyev öz çıxışında qeyd etdi ki, Bu gün qədirbilən xalqımız müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 92 illiyini böyük təntənə ilə qeyd edir. Ötən bu dövrlərdə əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyətə başlaması Azərbaycanın bu gün olan uğurlarını təmin edən ən başlıca şərt olub. Tədbirdə Ağdam rayon İcra Hakimiyyəti Başçı Raqub Məmmədov mövzu ətrafında çıxış edərək bildirdi ki, 1990-ci illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayırdılar, digər tərəfdən iqtisadiyyatımız tamamilə dağılmışdır. Şəhər və kəndlərimizdə qarət baş alıb gedirdi, zorakılıq adi bir hala çevrilmişdir. İnsanlar arasında düşmənçilik toxumu səpilirdi, şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Belə bir vəziyyətdə heç kim nə etmək lazım olduğunu bilmirdi. Bununla belə ölkəmizi bürümüş böhran qabaqcıl ziyalıları son dərəcə narahat edirdi. Onlar yaxşı dərk edirdilər ki, Azərbaycanı daha ağır bəlalar gözləyir. Odur ki, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə Xalqın tanımış lideri, zəmanəsinin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevə müraciət etdilər. Məhz Heydər Əliyevin bu müraciəti qəbul edərək anidən hakimiyyətə qayıtması nəticəsində xalqımız bu bəlalardan xilas oldu. YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Mətanət Misirxanova "Heydər Əliyev və Dövlət Qadın siyasəti" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı 06 mart 2000-ci il tarixli fərmanı Onun Azərbaycan qadınına verdiyi yüksək qiymətin bariz nümunəsidir. Ulu Öndərimiz Heydər Əliyev qadın mütəxəssislərə xüsusi diqqət yetirirdi. Bu gün Azərbaycanda qadınların hüquqlarının müdafiəsi, qadınlarımıza dövlət səviyyəsində göstərilən diqqət və qayğı Ulu Öndərimiz Heydər Əliyev ideyalarının məntiqi nəticəsidir. Daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa-yazı müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və YAP-a yeni üzv qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olundu. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş etdirildi.
.jpg)
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB