Bərdədə Qələbə günü münasibətilə tədbir keçirilib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, faşizm üzərində qələbənin 70 illiyinə həsr edilən tədbirdə İcra nümayəndələri, Böyük Vətən müharibəsi veteranları və Bərdə Dövlət İdarəetmə və Texnalogiya kollecinin tələbələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə Qəhrəmanlar parkındakı Ana abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra isə tədbir Bərdə şəhər 1 saylı Uşaq İncəsənət məktəbində davam edib. Tədbirdə əvvəlcə dövlət himni səslənib, Böyük Vətən müharibəsində həlak olanların və Qarabag ugurunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər, veteranları və tədbir iştirakçılarını Qələbə günü münasibətilə təbrik ediblər və 1941-1945-ci illərdə faşizmin üzərində qələbənin əldə edilməsində Azərbaycanın uğurlarından danışıblar.
Tədbirdə iştirak edən müharibə vetranlarına hədiyyələr təqdim edib. Tədbir 1 saylı Uşaq İncəsənət məktəbinin kollektivi tərəfindən hazırlanan musiqili konsert proqramı ilə davam edib. Konsert proqramı veteranların şərəfinə verilən cay süfrəsi arxasındada davam edib .
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB