“İdman dünyamdır” layihəsinə yekun vurulub

“İdman dünyamdır” layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "İdman dünyamdır" layihəsinə yekun vurulub. SİA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə layihə çərçivəsində görüşlərdən işlərdən söhbət açılıb.

Diqqətə çatdırılıb ki, idmanın kütləviləşməsi, uşaq və gənclərin bu sahəyə fəal surətdə cəlb olunması layihənin əsas prioritet istiqaməti olub. Bildirilib ki, layihə çərçivəsində Azərbaycanda, eləcə də ölkəmizdən kənarda idman sahəsində uğur qazanan gənclər haqqında verilişlər çəkilib, onların həmyaşıdları ilə görüşləri təşkil olunub.

Tədbirdə qonaq qismində Səbail rayon Gənclər və İdman İdarəsinin rəis müavini Orxan Abbasov iştirak edib.

Ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğıdan danışan qurum rəsmisi bildirib ki, məhz bunun nəticəsidir ki, ildən-ilə idmançılarımızın uğurları daha da artır.

Azərbaycanda keçiriləcək "Bakı-2015" I Avropa Oyunlarından da danışan Orxan Abbasov diqqətə çatdırıb ki, möhtəşəm idman tədbiri ilə bağlı paytaxtımızda, həmçinin Səbail rayonu ərazisində yüksək səviyyədə hazırlıq işləri görülüb.

Tədbirdə digər çıxış edənlər bu tip layihələrin böyük önəmindən söhbət açıblar. O da vurğulanıb ki, layihə çərçivəsində idmançı gənclərin həyatından, qazandıqları uğurlardan bəhs olunan verilişlərin hazırlanması gəncləri idmana yönəldir, onların bu sahəyə olan marağını daha da artırır.

Bütün xəbərlər Facebook səhifəmizdə