Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "Sağlam qidalan, sağlam yaşa" layihəsi başa çatıb. SİA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə layihənin məqsəd və məramından, layihə çərçivəsində görülən işlərdən söhbət açılıb. Bildirilib ki, layihə çərçivəsində həkim-diyetoloq, psixoloqların iştirakı ilə seminarlar təşkil edilib. Mütəxəssislərlə gənclərin görüşü təşkil olunub. Hər görüş və ya seminarda bir mövzu haqqında məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi, müzakirələr aparılıb. Eyni zamanda layihə çərçivəsində televiziya verilişləri hazırlanıb. Bu isə sağlam qida ilə bağlı yanlış bilinən məqamların doğru tərəfini daha böyük kütləyə çatdırmaq imkanı yaradıb.
Tədbirdə qonaq qismində iştirak edən tanınmış həkim fitoterapevt Sadiq Salami bildirib ki, düzgün qidalanma ilə yanaşı, insanlar həmçinin sağlam qidadan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdır. Fitoterapevtin sözlərinə görə, insan sağlam həyat tərzinə ana bətnindən başlamalıdır, bu isə qadınların, ana olan xanımların üzərinə böyük məsuliyyət qoyur.
Sadiq Salami onu da diqqətə çatdırıb ki, sağlam həyat tərzi keçirməyin əsas yollarından biri də daxili aləmlə, müsbət düşüncə ilə bağlıdır. Deyilən, eyni zamanda eşidilən hər bir söz insan orqanizminə təsir göstərir.
Həkim gənclərə xüsusilə çiy qidalara üstünlük verməyi tövsiyə edib.
Sonda tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB