Ərazilərdə dezinfeksiya işləri aparılır

Ərazilərdə dezinfeksiya işləri aparılır

Bakı 2015 Avropa Oyunlarının kanoe sprinti idman növünün Mingəçevirdə keçirilməsi ilə əlaqədar olaraq şəhərə gələcək qonaqlar üçün ayrılan ərazilərdə dezinseksiya və dezinfeksiya işləri aparılır. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, xarici qonaqların müvəqqəti qalacaq binaların zirzəmilərində, yaxınlıqda bitən qamışlıqlarda, bataqlılarda ağcaqanadlara, eləcə də digər həşərat və ziyanvericilərə qarşı tədbirlər görülür. Səhiyyə Nazirliyinin göstərişi ilə ərazidə dezinfeksiya işlərinin aparılması üçün xüsusi avadanlıqlar, dərman preparatları və mütəxəssislər ayrılıb. Görülən işlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nəzarəti altında aparılır. GEM-in şöbə müdiri Süleyman Məmmədov sözlərinə görə, bu tədbirlər bütün yay ərzində davam etdiriləcək.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə