Lerik I Avropa Oyunlarının məşəlini qəbul etdi FOTOLAR

Lerik I Avropa Oyunlarının məşəlini qəbul etdi FOTOLAR

Birinci Avropa Oyunlarının məşəli Lənkərandan sonra mayın 1-də Lerikə gətirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Lerik şəhərinin giriş qapısında Lənkərandan gətirimiş Olimpiya məşəlinin qarşılanma mərasimi keçirilib. Avropa oyunlarının rəmzi qapısında lerikli idmançısı Rafiq Əliyev Olimpiya məşəlini qəbul edib. Yürüş 10 məşəlçi ilə davam etdirilib. 1515 metr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında hərəkət edərək mərkəzi meydana-Heydər Əliyev Meydanına çatdırıblar.

Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi İlham Zülfiyev Olimpiya məşəlini Heydər Əliyev Meydanında qurulmuş səhnəyə qaldırıb.

Olimpiya çırağı yandıralaraq birinci Avropa Oyunları başa çatanadək saxlanılması üçün rayona təhvil verilib.

İlham Zülfiyev səhnədə Olimpiya məşəlini alovlandırıb.

Mərasimdə aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Yürüş iştirakçıları Lerik şəhərindəki Uzunömürlülər Muzeyində nümayiş etdirilən eksponatlarla və Bilnə kəndində Arıçılıq təsərrüfatı ilə tanış olublar.

Birinci Avropa Oyunlarının məşəli Lerikdən sonra Astaraya aparılıb. Xəzərin qara qumlu sahilləri, qərbində meşə və bulaqlar, subtropik iqlim ilin dörd fəsli turistlərin istirahəti üçün gözəl imkanlar yaradan Astarada rəmzin qarşılama mərasimi Dənizkənarı Parkda, saat 18:00-da olacaq və 1 saat davam edəcək. Məşəlin Astarada düyü plantasiyalarını, arıçılıq təsərrüfatını və Ərçivan kəndində mövcud olan sulfid su qaynaqları - Yanan bulağı gəzməsi də gözlənilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə