Nə? Harada? Nə zaman? Tərtərdə FOTO

Nə? Harada? Nə zaman? Tərtərdə FOTO

Tərtər rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, rayon təhsil şöbəsi, Gənclər və İdman idarəsi birlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə şəhər 2 saylı məktəb liseydə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə məktəb çempionatı keçirib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, intellektual oyunda10 məktəbdən 80 şagird iştirak edib. Oyun hər tur 12 sualdan ibarət olmaqla 3 turda keçirilib. Komandalar arasında şəhər 2 saylı məktəb- lisey I yeri, Seydimli kənd tam orta məktəbi II yeri, Şəhər 1 saylı tam orta məktəbi III yeri qazanıb.

Şəhər 2 saylı məktəb-liseyin komandası mayın 17-də Mingəçevir şəhərində keçiriləcək "Nə? Harada? Nə zaman?" intellektual oyunda iştirak etmək üçün vəsiqə qazanıb.

Qeyd edək ki, sonda I,II,III yerləri tutan komandalara rayon təhsil şöbəsi tərəfindən Fəxri Fərman verilib.

Şamxal Cəliliğlu

Bütün xəbərlər Facebook səhifəmizdə