Mayın 1-də Xəzər rayon İcra Hakimiyyətinin, Xəzər İnkişaf Fondunun və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Xəzər rayon ərazisində Şüvəlan çimərliyində "Təmiz Xəzər" kampaniyası keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev və YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov iştirak ediblər.
Kampaniyada YAP fəalları, rayon ictimaiyyətinin nümayəndələrindən ibarət 200 nəfər iştirak edib. YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov bildirib ki, hər il 10 may- Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı Xəzər rayonunda silsilə tədbirlər keçirilir. Bu il də bir sıra tədbirlərin keçirildiyini deyən N.Əhmədovun sözlərinə görə, rayon ictimaiyyəti, o cümlədən YAP fəalları belə tədbirlərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.
"Müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevdir. Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Bu gün Azərbaycan güclü, inkişaf etmiş dövlətdir ki, bu uğurlara məhz Heydər Əliyev siyasəti nəticəsində nail olunub. Hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Bütövlükdə, Xəzər rayonun ictimaiyyəti Ulu öndərimizlə bağlı olan tədbirlərdə fəal iştirak edir. Yığıncaqlar, konfranslarla yanaşı, iməcilik, yaşıllaşdırma, abadlıq işlərində də hamı aktiv iştirak edir. Hesab edirəm ki, bu tədbir də abadlıq baxımından yaddaqalan bir tədbir olacaq"- deyə, N.Əhmədov vurğulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB